Gənclərin Dilindən(Azerbaycan Türkcesiyle)
Sonunda yetişdi ömrün baharı.
Bəs hanı gəncliyin şövkəti,şanı?
İçimdə yurdumun dərdi,azarı.
De görüm,ey cavan,hara gedirsən?
Camaat kəsibdir sözü, söhbəti.
Çıxarmış dilindən haqqı,hörməti.
Şairin sözünün varmı qiyməti?
De görüm,ey cavan,hara gedirsən?
Deyirik xalqımız böyük bir xalqdır.
Əlbət bu yalan deyil,doğru kəlamdır.
Amma insanımız özünə yaddır.
De görüm,ey cavan, hara gedirsən?
Ailə ocağı talandı,getdi.
Ağsaqqal,ağbirçək toz oldu,getdi.
Xəyallar,arzular puç oldu,getdi.
De görüm,ey cavan, hara gedirsən?
Biz qədim millətik,biz qədim xalqıq.
Tarixə əbədi izlər qoyarıq.
Əqlin səltənətin boş buraxmarıq.
De görüm,ey cavan,hara gedirsən?
Son bir kəz dirçəliş,son bir intibah.
Düşünmə hər daim sən maddi rifah.
İmanın qəlbində olsun bir pənah.
De görüm,ey cavan, hara gedirsən?
Kayıt Tarihi : 21.11.2026 13:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!