Bir Garib Oğlan Şiiri - Ferid Rufullayev

Ferid Rufullayev
25

ŞİİR


0

TAKİPÇİ

Bir Garib Oğlan

Bir Qərib Oğlan(Azerbaycan Türkcesiyle)

Könül yarası onu odlara atmış.
İçində bir böyük vulkan yaratmış.
Gecənin rəngini gündüzə salmış.
Görünür üfüqdə bir qərib oğlan.

Eşitməz səsini dağlar,dərələr.
Fəryadını bilməz bizim kimilər.
Yanında yer vermez ağalar,bəylər.
Görünür üfüqdə bir qərib oğlan.

Gözündə illərin kədəri,qəmi.
Qəlbində keçmişin qanlı izləri.
Köksündə toplaşmış əzab selləri.
Görünür üfüqdə bir qərib oğlan.

Bir kimsə yoxdur ki dərdini bilsin.
Əlindən tutubda dadına yetsin.
Ümid ağacıda bəlkə bar versin.
Görünür üfüqdə bir qərib oğlan.

Ferid Rufullayev
Kayıt Tarihi : 14.09.2026 16:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!