İlahidən güc allam,
Yaşa dollam, qocallam.
Səmayadək ucallam,
Tanrının xoş sözündən.
Ömrümü heçə billəm,
Dost-düşmən seçə billəm.
Mən necə keçə billəm,
Günahımın gözündən.
Ürəyimi dərd alar,
Gözlərimə qor dolar.
Sevinc, işin zor olar,
Uzaqlaşma özündən.
Kayıt Tarihi : 24.11.2026 09:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!