Teselli olar Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Teselli olar

Sel kimi aşıb daşsam da,
Qarlı dağları aşsam da.
Yüz il ömür yaşasam da,
Xoş günlərim əlli olar.

Insan olsa tox, güclüdür,
Dərd-qəmi yox, güclüdür.
Hissiyatım çox güclüdür,
Olacaqlar bəlli olar.

Qürur yatar mənliyində,
Vüsal oynar şənliyində.
Sadə, adi tənliyin də,
Gör neçə cür həlli olar.

Qanım ilinməz, ağlaram.
Dərdim silinməz, ağlaram.
Qədrim bilinməz, ağlaram,
Xoş sözün təsəlli olar.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.08.2023 16:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!