Toranlıq olar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2174

ŞİİR


8

TAKİPÇİ

Toranlıq olar

Qulağımın cingiltisindən dünya oayanar.
Sən ey yolum üstdə duran canavar,
Sevgidən nifrətə bir addım yol var.
Heç zaman olmayıb asfalt tək hamar,
Sevgi olmayan yer şoranlıq olar.

Aşiq neynəyər ki vəslə yetməsə,
Qaydaya-qanuna əməl etməsə.
Əgər ki işlərim düzcə getməsə,
Gündüzüm gecəm tək qaranlıq olar.

Küləklər qəfildən cövlan eyləyər,
Dünyamı dağıdıb al qan eyləyər.
Məni öz səhvimə peşman eyləyər,
Günəşim gizlənər, toranlıq olar.
02.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:45:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!