Xatiren yağsa da Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Xatiren yağsa da

Sənin həsrətinin ağırlığından,
Vüsal arzusunun beli bükülür.
Vədəsiz görüşün fağırlığından,
Samandan gəlinlik evi tikilir.

Bircə yelə bənddir uçub sökülsün,
Sanki olmayıbməş bu yerdə otaq.
Amansız fələyin üzü tökülsün,
Bəxtə yazılmayıb qurulu yataq.

Qupquru çiçəklər həmdəmim oldu,
Gözümün yaşını qurudammadı.
Həm sevincim oldu,həm qəmim oldu,
Xatirən dərdimi ovudammadı.

Xatirən yağsa da aran qarı tək,
Günəşin nurundan əridi, getdi.
Oğrunun yığdığı dövlət-varı tək,
Əsl sahibinə yeridi, getdi.

Bu dünya əzəldən belə qurulmuş,
Haqlının haqqını yeyən tox olmaz.
Bulanıq sular da axıb durulmuş,
Xatirə açdığı cığır yox olmaz.
04.01.2019.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.1.2019 07:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu