Xatiren aparır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2806

ŞİİR


15

TAKİPÇİ

Xatiren aparır

Deməm tufan olam, deməm yel olam,
Bəndləri dağıdan coşqun sel olam.
Simana yaraşan ipək tel olam,
Gilavar astaca daraya məni.

Mən öz ilhamımı eldən alırdım,
Baxıb göy səmaya fikrə dalırdım.
Bir zaman qızılı rəngə çalırdım,
Gör nece basıblar qaraya məni.

Sənə yalan deyən xarın sözündən,
Nə olar, qalmasın əlin üzündə.
Xan Çoban olandan elin gözündə,
Yaman bənzədirlər Saraya məni.

Sənin getdiyin gün dayanıb zaman,
Ruhun da ərköyün olubdur yaman.
Bir tərəf həsrətdir bir tərəf hicran,,
Görürsən, alıblar araya məni.

Üzüldüm zamanın qan yaddaşından,
Süzüldüm dünyanın məhək daşından.
Alıb da ağlımı sərdən başımdan,
Xatirən aparar haraya məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.8.2020 19:45:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!