TANRIYA
Vüsal yalqız sozalıbdır,
Aynasını toz alıbdır.
Təkcə sənə uzanıbdır,
Nolar, götür əllərimi.
Göz yaşından bezməyirəm,
Gül-çiçəyi sezməyirəm.
Ayrılığa dözməyirəm,
Mənə yetir ellərimi.
Qarlı qış günlərin sayır,
Yaşıllaşar çəmən-çayır,
Üz-gözümə külək yayır,
Mənim çətir tellərimi.
Həsrət, hicranına yetmə,
Sevdam, gözlərimdən getmə.
Başım üstdən əskik etmə,
Minbir ətir yellərimi.
Dağa qalxar yol, varıram,
Daşlıqdır sağ-sol, varıram.
Tanrım, sənə yalvarıram,
Geri gətir illərimi.
16.10.2018
Kayıt Tarihi : 16.10.2018 12:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!