Tanrıya şiir Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Tanrıya şiir

Tanrım, özün görürsən,
Mənim nə çəkdiyimi.
Tikanları qoparıb,
Gül-çiçək əkdiyimi.

Iztirabım azalmır,
Intihara gedirəm.
Hicran gülü sozalmır,
Yad diyara gedirəm.

O diyarın gülünün
Ətri tamam başqadır.
Fələk edər zülümü,
Məni kimə oxşadır.

Hər insanın öz ağlı,
Şüuru, dərrakəsi.
Sona yetir bu nağlı,
Heyran etmir hər kəsi.

Sənsən qəlbimə hakim,
Tanrım,kəsmə əlimi.
Səndən başqa axı kim,
Sevər mən tək dəlini...

Sevinc Arzulu
Kayıt Tarihi : 1.05.2022 15:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!