Günəş öz nurunu saçıb da gedər,
Başından örpəyin açıb da gedər.
Həsrət vəsli görcək qaçıb da gedər,
Tülkü tək həm bicdir,həm də qorxaqdır.
Vüsalın telləri qıvırcıqsa da,
Hələ çox kiçiksə,yumurcuqsa da,
Uşaqlıq çağları tumurcuqsa da,
Insanın gəncliyi yaşıl yarpaqdır.
Ay gedən əzizim,qayıt,dön gəl də,
Fərəh-qəm sığışmaz bir qoşa əldə.
Necə gözəl demiş aşıq Veysəl də,
“Mənim sadiq yarım qara torpaqdır.”
Kayıt Tarihi : 20.6.2018 15:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!