Qelbi qara hesret Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3325

ŞİİR


23

TAKİPÇİ

Qelbi qara hesret

Dağların da dizi yerə qatlanar,
Bulaqların soyuq suyu ilinməz.
Şəlalələr qayalardan atlanar,
Intiharın səbəbi nə, bilinməz.

Bu gedişin dönüşü də möhtəşəm,
Addımları daha yeyin olacaq.
Sevənlərin görüşü də möhtəşəm,
Çərx-fələyin gözləri də dolacaq.

Izlərində gül yerinə xar əkir,
Ayrılığın yönü yenə haradır?
Hər səninlə görüşəndə ah çəkir,
Bu həsrətin qəlbi tamam qaradır.
10.06.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2018 07:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu