Qara tale Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3325

ŞİİR


23

TAKİPÇİ

Qara tale

Istəməm xəyalın ümidsiz olsun,
Günəşin istisi bəyaz bələyi.
Göy səma tərtəmiz, buludsuz olsun,
Daim qanad çalsın sevgi mələyi.

Bu baxça mənimdir, nübar bar sənin,
Çox yağıb telinə bəyaz qar sənin.
Boynumda nə qədər haqqın var sənin,
Bilirəm, azalmaz məndən gileyin.

Fərəhi qapıdan ötürmə, nolar,
Həsrəti özünə götürmə, nolar.
Heç zaman gücünü itirmə, nolar,
Əyilməz olsun qoy möhkəm biləyin.

Ruhumun dörd yanı masmavi sudur,
Istəsə məni də anında udur.
Allahdan təkcənə umudum budur.
Yerinə yetsin kaş hər bir diləyin.

Zaman xalısında ilmədik, dostum,
Qaranı pozub da silmədik dostum.
Qaydanı-qanunu bilmədik,dostum,
Uduzduq oynunda qara taleyin.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu