Qara nağıl Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3325

ŞİİR


23

TAKİPÇİ

Qara nağıl

Sadəlövh günlərim geridə qalıb,
Eh, indi hamıdan ağıllıyam mən.
Köksümdə atəşin yeri də qalıb
Qoşma, bayayatılı, nağıllıyam mən.

Bəlkə bir gün gələr Basat köməyə,
Dəmir qapıları aşıb da keçər.
Bəlkə div adamı daha yeməyə,
Məni də özünə yaxın dost seçə.

Demə ki nağıla inanmırsan sən,
Bu sevdan bir qara nağıl deyilmi?
Haqq-nahaq danlanıb qınanmırsan sən,
Köhnəlmiş paltarlar daha geyilmir.

Yalanı həqiqət bilib hər dəfə,
Sonunda doğruya yol almadın ki?
Gözümü yumuram günah tək səhvə,
Ardınca zindana yollanmadım ki?

Indi ikimiz də düşmüşük əsir,
Əvf edən olacaq görən bizləri?
Yalvarıb sıtqamaq şənimə kəsir,
Qumda ədalətin ayaq izləri.
25.03.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu