Qara Sevdam Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Qara Sevdam

Nələr yatır dünündə,
Qəm notu var ünündə
Ayrılığın gününüdə,
Çəkilər dara sevdam.

Kül olanda közlərin,
Qurtaranda sözlərin,
Yaşaranda gözlərin,
Sən məni ara, sevdam.

Gözlərin qarə deyil,
Ürəyin parə deyil,
İntihar çarə deyil,
Gedirsən hara, sevdam.

Yerdən bir daş götürüb,
Daşı da yaş götürüb.
Həsrətdən baş götürüb,
Üz tutdun xara, sevdam.

Ötənləri an, eşqim.,
Öz odunda yan eşqim.
Sən mənim nakam sevgim,
Sən mənim qara sevdam.
07.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.05.2019 11:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!