Kefen toxu Şiiri - Sevinc Arzulu

Şiir Yarışması
Sevinc Arzulu
2972

ŞİİR


20

TAKİPÇİ

Kefen toxu

Verilib ölüm fərmanım,
Tala-taladır ormanım.
Kömək etmir heç dərmanım,
Qaçıb gözlərimdən yuxum.

Çətin sınam.Daş hənəyəm,
Yeganəyəm, bir dənəyəm.
Kasıb şairəm, nənəyəm,
Şeirlərim varım-yoxum.

Düşmədim ki duzaqlara,
Sinə gərdim sazaqlara.
Bax, şütüyür uzaqlara,
Kamanımdan çıxb oxum.

Könül səndən razı qalıb,
Işığının azı qalıb.
Bir misralıq yazı qalıb,
Artıq gedib ömrün çoxu.

Batım xəyal dənizində,
Mən olaram kənizin də.
Üşüyürəm.Ağ bezindən,
Fələk, mənə kəfən toxu.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:09:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!