Kederli deqiqeler Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Kederli deqiqeler

Nə sənin gözlərin bir an qüssəsiz,
Nə mən qəm- kədəri az oldum, gülüm.
Daima ağlarıq sədasız. səssiz,
Çiçəyi tez solan yaz oldum, gülüm.

Mənim ürəyimi sıxar qüssə, qəm,
Dərdimi deməyə kimsə tapılmaz.
Ala gözlər ola daima yaş. nəm,
Duzlu göz yaşıyla heykəl yapılmaz.

Çaşıb küçənizdən keçəsi olsam,
Nə salam verməyək, nə alaq salam.
Bir gün bu dünyadan köçəsi olsam,
Tək sənin könlündə əbədi qalam.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.06.2018 17:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!