Çıx gel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Çıx gel


Danışanda ətrafına,
Saçılmayır inci-dürr.
Qulaq asmaram lafına,
Bircə anlıq susub dur.

Sənlə bağlı xatirəylə,
Dolub daşır dəftərim.
Görən indi harayadır,
Eh, xəyali səfərim.

Kim olacaq uzaq yolda,
Mənim səfər yoldaşım.
Təklikdən qorxuram yaman,
Hər kimdisə yollaşım.

Ümidlərin ayağını
Hicran qapıdan kəsmiş.
Bəlkə elə buna görə,
Vüsal da məndən küsmüş.

Gizlətmirəm heyrətimi,
Görəndə üst-başını.
Bir özünə gəl,əzizim
Təzələ yaddaşını.

Layiqəmmi bu ədaya,
Bu işvəyə, bu naza.
Inanımmı bu sevdaya,
Görüş qalmasın yaza.

Payızın ilıq nəfəsi,
Gül simamı yalayır.
Sənin azadlıq həvəsin,
Hisslərimi talayır.

Heyrətimin sən ən böyük,
Günahkarı olmusan.
Ayrılıq bezdirib səni,
Bulud kimi dolmusan.

De hicranın üzünəcə,
“Səndən bezib doymuşam.”
Eh, mən nədən vüsalının,
Gözün yolda qoymuşam.

Vurulmayan sillə kimi,
Donub qalmışam əldə.
Göyə qalxan pillə kimi,
Dayanmışam.Çıx gəl də...

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 06:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!