Çıraq oldum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3325

ŞİİR


23

TAKİPÇİ

Çıraq oldum


Gen yolumu hey daraltdın,
Ay simamı çox saraltdın.
Getdin, dünyamı qaraltdın,
Xar gözünə çıraq oldun.

Xəyanətdən doymadın ki,
Vəsli yaxın qoymadın ki.
Elə oyun oynadın ki,
Eşq-məhəbbət iraq oldu.

Eh, görmüşdüm mən röyamı,
Boşamı sandın xülyamı.
Yaman yıxdın iç dünyamı,
Yaşam mənə fəraq oldu.

Kim saldı səni bu hala,
Xətt çəkdin yazıq vüsala.
Tutmusan sorğu-suala,
Bu nə hədsiz maraq oldu,

Ağır oldu ellərin də,
Çox gur gəldi sellərin də.
Hiss elədim tellərimdə,
Barmaqların daraq oldu.

Izn ver, gizli çalxanım,
Dərin oldu dərd yarğanım.
Çətində əldə qalxanım,
Sözüm mənə yaraq oldu.

Dost qapısın döyəsiydim,
Varlığımı öyəsiydim.
Bircə kəlmə deyəsiydim,
Şeirlərim varaq oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu