İllər bizi ayrı saldı,
Kimlər getdi, kimlər qaldı.
Üstümüzü duman aldı,
Ay sinif yoldaşlarım.
Varmıyıq biz, yoxmuyuq biz,
Ayrılığa toxmuyuq biz.
Azmıyıq biz, çoxmuyuq biz,
Ay sinif yoldaşlarım.
Ömrümüzdən illər keçdi,
Gör neçə fəslillər keçdi.
Demirəm nəhs illər keçdi,
Ay sinif yoldaşlarım.
Günün biri rastlaşırıq,
Biz yenidən dostlaşırıq.
Yeyib-içib tostlaşırıq,
Ay sinif yoldaşlarım.
Kömək etməz paramız da,
Neçəsi yox aramızda.
Sağalmaz ki yaramız da,
Ay sinif yoldaşlarım.
Hardadır o müəllimlər,
Üzüntüdən könlüm inlər.
Xatirimdə daha kimlər...
Ay sinif yoldaşlarım.
Qardaş olduq,bacı olduq,
Eh, kimlərin tacı olduq.
Ayrılıqlar acı olur,
Ay sinif yoldaşlarım.
Fəslin baharı, yazıydıq,
Qəmin, kədərin azıydıq.
Bir az dəqiq, riyaziydik,
Ay sinif yoldaşlarım.
Telimizə yağsa da qar,
Unudulmaz doğma diyar.
Hərənin bir sənəti var,
Ay sinif yoldaşlarım.
Ömr edək, yüz yaşa dolaq,
Nə saralaq, nə də solaq.
Qocalsaq da xoşbəxt olaq,
Ay sinif yoldaşlarım.
Kayıt Tarihi : 5.4.2025 15:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!