Ay Şuşam Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Ay Şuşam


Şahlara başını əyməyən Şuşam,
Indi erməninin oylağı oldun.
Kimsənin xətrinə dəyməyən Şuşam,
De, kimin məskəni, yaylağı oldun.

İyirmi beş il keçib işğal gününüdən,
Biz necə dözmüşük sənsiz, ay Şuşam.
Qalmayıb bir əsər toy-düyünündən
Dağların dumansız, çənsiz, ay Şuşam.

Azad edəcəyik ana torpağı,
Şadlığı dostlarla böləcəyik biz.
Düşmənin qəlbinə çəkərək dağı,
Sənin görüşünə gələcəyik biz.
08.05.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 25.04.2018 10:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!