Nəvələrin gülüşündən doymayan,
Duruşundan,yerişindən doymayan.
Bu dünyanın gərdişindən doymayan,
Nə tez getdin bu dünyadan,ay ata.
Sonbeşiyin toy-büsatın görmədin,
Artıq-əskik danışmadın.gülmədin.
Son sözünü,söhbətini demədin,
Nə tez getdin bu dünyadan,ay ata.
Bundan sonra görünəcəkdir yerin,
Pir olacaq bizə müqəddəs qəbrin.
Tükənir taqətim,tükənir səbrim,
Nə tez getdin bu dünyadan.ay ata.
Kayıt Tarihi : 13.6.2018 06:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!