Ay Allah Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2791

ŞİİR


15

TAKİPÇİ

Ay Allah

Tökülən qanlarımız,
Məhv olan canlarımız,
Yenə cavanlarımız,
Şəhid oldu, ay Allah.

Od yağır göy əngindən,
Qurtarmaz xar cəngindən.
Utanıb öz rəngindən,
Güllər soldu, ay Allah.

Görüb dərdi-ələmi,
Günəş də nur ələmir.
Xalqın qara matəmi,
Gözlər doldu, ay Allah.

Ana igid böyüdər,
Igid təşnə öyüdə.
Salxı-salxım söyüdlər,
Saçın yoldu, ay Allah.

Qaz düşmənin qəbrini,
Artir onun cəbrini.
Daha kəsdin səbrimi,
Səbrim noldu, ay Allah.

Başına alov yağır,
Erməni, rusu çağır.
Şuşaya gedən cığır,
Torpaq yoldu, ay Allah.

Hazırdır milyon ərən,
Düşməni yerə sərə.
Elə qol-qanad gərən,
Nurun boldu, ay Allah.

Təkcə sənsən pənahım,
Paslanmasın silahım.
Erməni nişangahım,
Gülləm böldu, ay Allah.

Məhv eyləyib yağını,
Qaytar o xoş çağımı,
Bu gün Qarabağımın,
Xarı öldü, ay Allah.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2020 06:15:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!