ZAMANDAN ÜSTÜN ŞAİR
Arxa dur zamandan üstün şairə,
Dərdinin üstündə dərd oynamasın.
Elin taleyini qoyub hərraca,
Nadanlar zər atıb, nərd oynamasın.
Nəmard körpüsündən mərdi keçirmə,
Tərlan oylağında Sarı uçurma,
Ovçu tulasını gözdən qaçırma,
Namərdin önündə mərd oynamasın.
Şeytanın felinə ağıl uymasın,
Bir el öz başına iblis qoymasın,
Xalqın sərvətini aclar soymasın,
lələ köç eyləyib, yurd oynamasın.
Obalar tərpənib çıxarsa yola,
Gedən köç bir daha qayıtmır dala,
Millətin başına gələndə bəla,
Çaqqallar ulaşıb, qurd oynamasın.
Atəş düşsə oz yerini yandırar,
Ay Coculu , leysan yağsa söndürər,
El bir olsa “Zərbi Kərən” sındırar,
Meydanda tək qalıb fərd oynamasın.
Seyraqif Coculu
Kayıt Tarihi : 26.7.2025 20:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!