Ömürlük etdin səfər,
Geyindin bəyaz kəfən.
Hafizə,bircə dəfə
Bax azıma, çoxuma.
Yuxuma gəl, yuxuma.
Seyr edirəm günəşi,
Yox əvvəlki nəşəsi.
Yandıracaq atəşi,
Oddan köynək toxuma,
Yuxuma gəl, yuxuma.
Sən idin parlaq incim,
Sakit, fağırım,dincim.
Şadlığım, həm sevincim,
Hədəf oldu oxuna.
Yuxuma gəl, yuxuma.
Sənsiz açılmaz sabah,
Ürəyimdən qopar ah.
Burnumda titrəyir bax,
Həsərtəm gül qoxuna,
Yuxuma gəl, yuxuma.
Kayıt Tarihi : 26.5.2022 08:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!