Ümidem, gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2438

ŞİİR


10

TAKİPÇİ

Ümidem, gülüm

Birinci əridim qar qızlar içrə,
Soyuqdan üşüyən yalqızlar içrə.
Qaranlıq səmada ulduzlar içrə,
Azaraq dolaşan buludam, gülüm.

Sevginin nə böyük qüdrəti vardır,
Vüsalın həsrətə nifrəti vardır.
Könlümdə illərin xiffəti vardır,
De, səni mən necə unudam, gülüm.

Dağların qoynunda qurarsam dəyə,
Al-əlvan çiçəklər, güllər baş əyər.
Inamım yox daha mənim kimsəyə,
Elə öz-özümə ümidəm, gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.10.2019 06:29:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!