Hardasa islanar göz yaşlarımdan,
Meşənin qoynunda yamyaşıl talam.
Özüm ucaltmışam söz qalşlarımdan,
Uzaqdan necə də parlayır qalam.
Dolanıb dünyanın şəcərəsindən,
Gəlləm xasiyyəti yumuşaq kimi.
Hardasa xəyalın pəncərəsindən,
Ümidim əl eylər bir uşaq kimi.
Hardasa bir ümid işığı parlar,
Hardasa közərər zülmün atəşi.
Hardasa ay özü gur işıq paylar,
Geridə qoyaraq odlu günəşi.
Kayıt Tarihi : 24.11.2026 09:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!