Qaldır göyə başımı,
Ağır etmə daşımı.
Axıdım göz yaşını,
Tanrım, ovutma məni.
Gündüzə dayaq olum,
Bəmbəyaz boyaq olum.
Şən olum, oyaq olum,
Tanrım,uyutma məni.
Tənhalıqdan qaçaram,
Dost qapısın açaram.
Günəş tək od saçaram,
Tanrım, soyutma məni.
Arzulara yetsinlər,
Məndən uzaq getsinlər.
Qoy paxıllıq etsinlər,
Tanrım,az tutma məni.
Mən qurbanam adına,
Hey çatmısan dadıma.
Daim düşüm yadına,
Tanrım, unutma məni.
Kayıt Tarihi : 18.3.2020 12:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!