Artıq ələnib ələyim,
Hazırdır kəfən-bələyim.
Hər gün baş ölüm mələyi,
Qapımızı pusar,Allah.
Edilmişəm dərdə sürgün,
Gözlərimdə həsrət-mürgün.
Zalım əğyar yəqin bir gün,
Mənim tək qan qusar, Allah.
Hanı mənim qara günlüm,
Qəm baxışlım, qüssə ünlüm.
Vaxt gələndə şair könlüm,
Əbədilik susar, Allah .
Kayıt Tarihi : 29.6.2018 10:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!