Tanrım, dünyamızı daim şad elə,
Bizə də nəzər et, dostum, yad elə.
Nə işin qalıbdır sənin yad ilə,
Sən mənim ulduzlu sirr fəzamı öy.
Fikrini başımdan atammıram ki,,
Kədəri fərəhə qatammıram ki.
Elə hey gedirəm.Çatammıram ki,
Mərkəzdən uzaqda bir qəzamı köy.
Nə dadı, nə tamı qalıb çayın da,
Artım gözlənilmir dərdin sayında.
Qışın şaxtası var payız ayında,
Soyuqdan donubdur.Hər əzamı döy.
Necə dözülməzdir zindan, əzizim,
Burada sökülməz heç dan, əzizim.
Üstümə atıblar böhtan, əzizim
Nahaqdan kəsilən şər cəzamı söy.
Kayıt Tarihi : 29.10.2021 06:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!