Evi tikilib, himsə yox,
Sazı əlində, simsə yox.
Qapımı döymə, kimsə yox,
Çoxdan mənim qəlbim boşdur.
Xəzər kimi çağlamağım,
Hönkür-hönkür ağlamağım,
Ürəkləri dağlamağım,,
Deyəsən tək sənə xoşdur.
Fələk, su qatma aşıma,
Toxunma dərd sirdaşıma.
Fır-fır fırlanır başıma,
Sanasan dünya sərxoşdur.
Harayına zəmanə kar,
Gen kainat başına dar.
Görürsən , susub nəğməkar,
Xoş söz ilə könlün coşdur.
Açıb bənövşə kolları,
Uzanı qalıb qolları.
O qədər yordum yolları,
Sonunda bir şeir qoşdum.
Kayıt Tarihi : 25.2.2021 05:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!