Daim qəlbimizdəsiz,
Siz ey Şəhid qardaşlar.
Yeriniz qəlbidədir,
Məkanı behişt qardaşlar.
Şəhidlik zirvəsinə
Yüksəldi iki qardaş.
Cənnət-məkan dünyada,
Ruhları dost və sirdaş.
Yaşar neçə il əvvəl,
Şəhidliyə ucaldı.
Nahid hayla vuruşub,
Qisas aldı, öc aldı.
Ordumuz azad etdi,
Qarabağı-incini.
Nahid xalqla yaşadı,
Qələbə sevincini.
Heyf ki bu fərəhin,
Ömrü azacıq oldu.
Qəfil minaya düşüb,
Şəhidliyə ucaldı.
Qardaşının getdiyi
Yol ilə getdi Nahid.
Tanrının əmr etdiyi
Zirvəyə yetdi Nahid.
Ana vətəni sevmək,
Qaynar damarda, qanda.
O, minaya düşərək,
Şəhid oldu bir anda.
Igidlərlə fəxr edir,
Indi bütün el-oba.
Sədasını gətirir,
Bizlərə badi-səba.
Yenə də qövr eylədi,
Ürəyinin yarası.
Ana Vətənə qurban,
Getdi cəyərparası.
Nə zaman quruyacaq
Ananın göz yaşları.
Kədərdən çatılıbdır
Bax, atanın qaşları.
Allahım, sən səbr ver,
Ataya, həm anaya.
Yoldaşını itirən,
Gözü yaşlı sonaya.
Ataların qanıyla,
Azad oldu Qalamız.
Böyüsün, xoşbəxt olsun
Kiçik Zəhra balamız.
Qırx dörd günlük döyüşdə,
Zəfər çaldı ordumuz.
Erməni faşistindən,
Azad oldu yurdumuz.
Qələbə bayrağını,
Əzmlə daşıyarıq.
Şəhidlər hesabına,
Firavan yaşıyarıq.
Məzar üstə gül qoyub,
Edərik onları yad.
Tanrım, şəhidlərimin
Ruhu olsun daim şad.
Kayıt Tarihi : 28.3.2021 17:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!