Şehid bulağı Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Şehid bulağı

Şəhid ruhu dinəndi,
Ötənlərə dönəndi.
Elə bil ki dünəndi,
O gündən bir il keçib.

Azalarmı dumanım,
Dönüşə yox gümanım.
Şəhid neçə cavanım,
Fələk yamanca seçib.

Dağlar qara bağladı,
Sevənləri ağladı.
Ürəkləri dağladı,
Dünyadan insan köçüb.

Gördüm telin dənini,
Bəyaz qarla tənini.
Ordumuz ermənini,
Yaşıl zəmi tək biçib.

Bir az yana çəkilin,
Gəlir sözün vəkili.
Gülümsəyir şəkilin,
Bulağından su içim.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!