“Sən Allah, yuxuma girmə gecələr”,
Yoxsa ki səhəri aça bilmirəm.
Vüsal badəsini vermə gecələr,
Içsəm günəştək nur saça bilmirəm.
Nə səsin gəlməyir, nə də sorağın
Kədər zəmisini biçmir orağın.
Özgənin əlində güzgü-darağın,
Necə sığal verim saça, bilmirəm.
Qaragöz hicranın ulduzu sönüb,
Ilahi sevginin gül üzü dönüb.
Ana Yer kürəsi tərsinə çönüb,
Ayağım dolaşır, qaça bilmirəm.
Sənsiz nə ümidim, nə gümanım var,
Nə məndən məhəbbət, eşq umanım var.
Demədin gözünü tez yumanım var,
Xəyallar qoynunda uça bilmirəm.
Gözümün yaşına tab eyləmə gəl,
Məni zalım xara bab eyləmə gəl.
Qanımı qapqara ab eyləmə gəl,
Dumduru suyu da içə bilmirəm.
Mənəm məhəbbətin ən sadiq qulu,
Hicrandır həsrətiin tək qalan dulu.
Dünyanın dərdləri uludan ulu,
Yol tapıb içindən keçə bilmirəm.
Fərəhi, sevinci qəm yoran görüm,
Ömrün payız fəsli qış-boran görür.
Itirər nurunu göz, toran görür
Sənsiz işığı da seçə bilmirəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!