Gözleye bilmirim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2806

ŞİİR


15

TAKİPÇİ

Gözleye bilmirim

Yad libası bəyənib də geymərəm,
Qızılgül kolunu yerə əymərəm.
Yağışa, çiskinə qiymət demərəm,
Yağdırram, bilirsən, baha dolunu.

Artıq xəyalımın qəbri qazılıb,
Üstünə illərin cəbri yazılıb.
Bu gün ümidimin səbri kəsilib,
Gözləyə bilməyir daha yolunu.

Zənn etmə sevdalın səni unudub,
Ya haqqı-salamı çox ucuz tutub.
Artıq qar adama dönmüsən.Tutub
Mağara sağını, kaha solunu.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:10:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!