Qoca efendi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2438

ŞİİR


10

TAKİPÇİ

Qoca efendi

O gəlişin hər addımı müəmma,
Bu gedişin sonucunda nələr var.
Yalan-riya başa düşməyir amma,
Həqiqətin arxasınca mələr var.

Qızılgüllər qönçə-qönçə dərildi,
Eh, nədən bəs ayaq alta sərildi.
Ayrılıq zamanı gələndə dəniz,
Hirslənib qabardı, sular gərildi.

Payıza bürünüb həm sağı, solu,
Qalıbmı taleyin daha bir fəndi.
Bir vaxt cavan ikən keçdiyim yolu,
Indi qayıdıram qoca əfəndi.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2019 08:25:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!