Qend, ömrüm Şiiri - Sevinc Arzulu

Şiir Yarışması
Sevinc Arzulu
2972

ŞİİR


20

TAKİPÇİ

Qend, ömrüm

Həqiqətdik.Nə səhv, nə də yalandıq,
Vaxtlı-vaxtsız alovlara qalandıq.
Zəmanənin kələyinə aldandıq.
Bilmədik heç bircə qırıq fənd, ömrüm.

Əsəbləri bir atımlıq barıtdı,
kimi sevdi, kimə qoşdu, yarıtdı.
Yarasını yad insana sarıtdı.
Bizsiz qalıb aul ömrüm, kənd ömrüm.

Güneyləri yazda nurdan aslanıb,
Quzeyləri qışda qəmdən yaslanıb.
Sütunları qar-yağışdan paslanıb,
Bircə anlıq zəlzələyə bənd ömrüm.

Ata-ana başımızın tacıymış,
Qüssə- kədərlal həsrətə bacıymış.
Keçdiyin yol çətin imiş, acıymış,
Atammadım çayına heç qənd, ömrüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:28:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!