Qığılcım Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Qığılcım


QIĞILCIM

Üstümə tökülən qığılcımınla,
Bilmirəm heç nədir fikrin, niyyətin.
Yarıb da qəlbimi qəm qılıncınla,
Allaha bağlımı zikrin, niyyətin.

Həsrətin qapımı döydü qəfildən,
Sevdalı könlümdə lal külək əsdi.
Nələr əsirgəyim mən bu səfildən,
Ağrıyıb sıxılma,ay ürək, bəsdir.

Qızaran üfüqə dikilən gözlər,
Nə vaxtsa yorulub sıxılacaqdır.
Lazımsız zamanda deyilən sözlər,
Elə öz-özündən yıxılacaqdır.

Yenə də əvvəlki səliqə-səhman,
Üstünə zərrəcə toz belə qonmaz.
Işini astaca görəcək zaman,
Soyuq baxışlardan üşüməz, donmaz.

Dünyanın qəribə əyyamı gəlib,
Bir az utancağıq, bir az da çılğın.
Deyən son görüşə ,eh, hamı gəlib,
Bir az sərt baxarıq, bir az da dalğın.
29.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 4.05.2018 18:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!