Yaşa dolar sevdiyin,
Gül tək solar sevdiyin.
Bir gün olar sevdiyin,
Gedər qeybə çəkilər.
Gəzmə avarə, veyil,
Salma əğyarə meyl.
Adın yaxşıya deyil,
Vallah eybə çəkilər.
Tuş olduq yel-nəsminə,
Bahar-qışın kəsminə.
Payızımın rəsminə,
Sarı meyvə çəkilər.
Sırasına qatmasa,
Ürəyimə yatmasa,
Məktuba, əl çatmasa,
Kiçik töhvə çəkilər.
Dua et nur saçançun,
Pisliklərdən qaçançun.
Dünyaya göz açançun,
Bəyaz lövhə çəkilər.
Kayıt Tarihi : 28.3.2021 17:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!