Pervane Könlümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Pervane Könlümü

Taleyimi alqışladın,
Şeir ilə naxışladın.
Eh, gör kimə bağışladım,
O divanə könlümü.

Dayandım tam işığında,
Almadım kam, işığında.
Yandırdım şam işığında,
O pərvanə könlümü.

Yollar məni yaman yorur,
Olub-keçənləri sorur.
Uca Tanrım, özün qoru,
O nişanə könlümü.

Soyuğunda donduracaq,
Him-cim ilə qandıracaq.
Atəşində yandıracaq,
O zəbanə könlümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!