Payız hasarı Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Payız hasarı

Külək qara teli qarışıq edib,
Səni daha gözəl, yaraşıq edib.
küsdüyün insanla barışıq edib,
Yollaşıb gedərsən payıza sarı.

Gecələr həsrətin əlindən tutub,
Ayrılıq qəhrini qəhərlə udub.
Sevgilin baharda səni unudub?
Sən də acığa düş, payıza sarıl.

Baharın rəsmini çəkdin, nə gözəl,
Həyatım beləydi mənim də əzəl.
Qurumuş ağaclar, dibində xəzəl,
Yolumun üstündə payız hasarı.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.01.2023 11:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!