Dastandır huma sevgisi,
Dönər ağ buma sevgisi.
Dalğanın quma sevgisi,
Qaya kölgəsində qalır.
Acıları kim yuyası,
Laylasına sim uyası.
Fərəhin də son şüası,
Kədər bölgəsində qalır.
Qurduğu ən uca taxtdır,
Yaraşığı gözəl baxtdır.
Demə yarım neçə vaxtdır,
Xarın olkəsində qalır.
Aşiq gözündən tanınar,
Ocaq közündən tanınar.
Keçdiyimiz xoş anılar,
Ömür lovhəsində qalır.
Qəm libası geyən qadın,
Dərd tanımır dostu-yadı,
Billəm, rəqibimin adı,
Ölüm növbəsində qalır.
Kayıt Tarihi : 26.11.2026 05:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!