Hanı rahat, gözəl çağ,
Fəlakətlər edir ağ.
Neçə milyon il qabaq,
Dünya necəymiş görən.
Dinləri ayırmışlar,
Min cür büt qayırmışlar.
Qüssəni sayırmışlar,
Kədər vecəymiş görən.
Göyün üzü toranlıq,
Yerin düzü şoranlıq.
Indi daha qaranlıq,
Gecə gecəymiş görən?
Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!