Odlan köz həyatımdan,
Ocaq, köz həyatımdan.
Səni öz həyatımdan
Necə silim axı mən.
Şərin ölmədiyini,
Xeyri bölmədiyini.
Gəlib-gəlmədiyini
Necə bilim axı mən.
Bu qədər kədər bəsim,
Fərəhin üstdə əsim.
Ömür tortundan kəsim,
Neçə dilim, axı mən
18.02.2018.
Kayıt Tarihi : 5.5.2018 07:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!