Ne var başına döndüyüm Şiiri - Sevinc A ...

Şiir Yarışması
Sevinc Arzulu
2972

ŞİİR


20

TAKİPÇİ

Ne var başına döndüyüm

Ovçu görmüş bərələrdən,
Duman tutmuş dərələrdən,
Bir xəbər ver oralarda,
Nə var başına döndüyüm.

Neynim, sənsiz vurmur ürək,
Boşa getdi arzu, dilək.
Məzarına söykənərək,
Qara daşına döndüyüm.

Unudulmaz baxış olub,
Ağkən qara naxış olub.
Yağmur olub, yağış olub,
Gözün yaşına döndüyüm.

Sındırılmış budağınam,
Paralanmış yarpağınam.
Bəzək verrrəm torpağına,
Bəyaz kaşına döndüyüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2021 05:51:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!