Mən elə bilirdim qocalmayacam,
Həmişə cavanca qalacam, dostum.
Ayrılıq zalımdan öc almayacam,
Pis geünə yamanca qalacam, dostum.
Mən elə bilirdim bu fani dünya,
Mənə tək xoş günlər gətirəcəkdir.
Mən hardan biləydim bu fani dünya,
Səni məndən alıb götürəcəkdir.
Mən hardan biləydim dərd var, dərman yox,
Kədər-qəm üstümə töküləcəkdir,
Sevdanın qüssəsi sevincindən çox,
Dünyam tab etməyib çöküləcəkdir.
Mən hardan biləydim ölüm mələyi,
Yanımda-yörəmdə hey gəzəcəkdir.
Başıma dağların qarın ələyib,
Gözümün yaşından mey düzəcəkdir.
Mən əgər bilsəydim belə olacaq,
Səni heç gözümdən uzaq qoymazdım.
Həyatın puç olub tez də solacaq,
Sənə “YOX” sözünü vallah, qıymazdım.
Kayıt Tarihi : 24.11.2026 09:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!