Men Ayı görmedim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2791

ŞİİR


15

TAKİPÇİ

Men Ayı görmedim

Mən Ayı tapmadım bu gecə, Allah.
Deyən uzaqlaşıb Yer kürəsindən.
Düşübdür canıma vicvicə, Allah
Ulduz da görünmür bənd-bərəsində.

Mən ayı tapmadım, bu gecə, Allah
Indi dərd-sərimi kimə deyəcəm.
Necə sakitləşim mən, necə, Allah
Kamanı ağladan simə deyəcəm.

Mən Ayı görmədim bu gecə, Allah
Əllərim səmaya uzanı qalıb.
Rəhm eylə sevdiyin Sevincə, Allah,
Namazı qılmağa azanı qalıb...

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:21:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!