Melikmemmed nağılı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Melikmemmed nağılı

Həyat bir gün verdiyini
Geriyəcə alacaq.
Xatirələr külə dönüb,
Əlimizdə qalacaq.

Alışacaq sönən ocaq,
Ildırımlar çaxacaq.
Boş qalacaq isti qucaq,
Gözlərdən yaş axacaq.

Güllər məni qucaqlayıb,
Ağuşuna götürər.
Günlər məni bucaqlayıb,
Ağrısına ötürər

Nə bu gülün ətri qalıb,
Doyunca qoxlayam mən.
Nə o günün sətri qalıb,
Yalanın yoxlayam mən.

Sənə doğru gələn yollar,
Daha, gülüm, bağlıdı.
Eh, deyəsən görüşümüz,
Məlikməmməd nağlıdı...

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:14:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!