Qaş-göz tənasüb, harda var,
Daha münasib harda var.
Sən tək mühasib harda var,
Əl-əl gəzər JEKlər səni.
Cavanlıq eşqindən doyma,
Həqiqətin gözün oyma.
Qocalığı yaxın qoyma,
Qorxuram ki təklər səni.
Okeanda gəminəm ki,
Dalğalara zəminəm ki.
Əziz dostum, əminəm ki,
Gözəl günlər bəklər səni.
Qapıdadır bəyaz atın,
Bu gün sənin xoş saatın.
Billəm , sevirsən salatı,
Gözlər yaşıl ləklər səni.
Gülüşün aləmi bəzər,
Dəyməsin sənə bir nəzər.
Tanrım xoşbəxtləri yazar,
Siyahıya əklər səni.
Kayıt Tarihi : 24.11.2026 09:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!