Haqq-ədalət son nöqtəyə çatammaz,
Kədər-qəmi yaxasından atammaz.
Zalım əğyar hikkəsindən yatammaz,
Çəkilərsə qəm fərəhdən bol gələr.
Soruşmuram aranlısan-dağlısan,
Qüssə-kədər ya da fərəh çağlısan.
Öz kökünlə bu torpağa bağlısan,
Az rayonlaş, az zonalaş, bölgələn.
Hardan aldın de, bunca yaraşığı,
Saz çalırsan, olmusan haqq aşığı.
Sənə təsir edirsə gün işığı,
Gəl kölgəmin kölgəsində kölgələn.
Kayıt Tarihi : 24.11.2026 09:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!