Koca dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2491

ŞİİR


10

TAKİPÇİ

Koca dünya

Riyasından, yalanından,
Satanından, alanından,
Gedən gedib.Qalanından
Xəbərin var qoca dünya.

Dözərəmmi onsuzluğa,
Yaşıl yarpaq donsuzluğa.
Kainatda sonsuzluuğa,
Səfərim var qoca dünya.

Var-yoxundan çıxmayasan,
Az-çoxundan çıxmayasan.
Öz oxundan çıxmayasan,
Məhvərin var qoca dünya.

Zəmanəni oğru bilmə,
Əzab bilmə, ağrı bilmə.
Heç özünü doğru bilmə,
Səhvlərin var, qoca dünya.

Demirəm ki özündən çıx,
Ayrılığın evini yıx.
Bir az boşla,bir az da sıx,
Kəmərin var, qoca dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:18:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!